4 avqust 2011 15:46

Onlar Bakı səfərinə hazırlaşırlar

Belçika yığmasının baş məşqçisi Jorj Leekens avqustun 10-da keçiriləcək Sloveniya ilə yoldaşlıq oyunu üçün heyəti açıqlayıb. Azerisport.az xəbər verir ki, mütəxəssis 24 futbolçunun xidmətindən yararlanmaq qərarına gəlib.
 
Onların siyahısı ilə sizi də tanış edirik:
 
Qapıçılar: Tibo Kertua (Atletico, İspaniya), Jan-Fransua Jillet (Bologna, İtaliya), Cimon Minolye (Sanderlend, İngiltərə);
 
Müdafiəçilər: Tobi Aldervereld, Yan Vertongen (hər ikisi “Ajax”, Hollandiya), Dedrik Boyata, Vensan Kompani (hər ikisi “Manchester City”, İngiltərə), Nikolas Lombets (Zenit, Rusiya), Sebastyan Pokonyoli, Jel van Damm (Standard), Daniel van Buyten (Bayern, Almaniya), Tomas Vermalen (Arsenal, İngiltərə);
 
Yarımmüdafiəçilər: Naser Çadli (Twente, Hollandiya),Kevin de Bryun, David Hubert (hər ikisi “Genk”), Maruan Fellaini (Everton, İngiltərə), Dris Mertens (PSV, Hollandiya), Vadis Ocica (Brugge), Timmi Simons (Nurnberg, Almaniya), Aksel Vitsel (Benfica, Portuqaliya);

Hücumçular: İqor de Kamarqo (Borussia, Münhenqladbax, Almaniya), Romelu Lukaku (Anderlecht), Byorn Fleminks (Brugge), Jell Fossen (Genk).
 
Heyətdən də göründüyü kimi, baş məşqçi Sloveniya ilə qarşılaşmada təkcə təcrübəli futbolçuları yox, həm də yeni oyunçuları sınamağa çalışacaq. Hər halda qapıçı Kurtua, yarımmüdafiəçi Hubert hələ bir dəfə də olsun yığmaya çağırılmayıb. Heyətdə bu gün Bakıda “Qarabağ”a qarşı forma geyəcək iki futbolçu da var. Bunlar “Brugge”nin üzvləri Ocica və Fleminksdi.
 
Belçika mətbuatının yazdığına görə, Leekens Sloveniya ilə görüşdə yoxladığı futbolçuların əksərini Bakıya gətirəcək. Yəni baş məşqçinin Bakıdakı oyun üçün çağıracağı heyətdə elə də ciddi dəyişikliklər olmayacaq.
 
Xatırladaq ki, A qrupunda millimizlə birgə yer alan Belçika Brüsseldə keçirilən ilk oyunda 4:1 hesablı qələbə qazanmışdı. Azərbaycanla Belçika arasındakı cavab görüşü isə sentyabrın 2-də Bakıda baş tutacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.