4 avqust 2011 16:01
Millimizin rəqibinin düşərgəsində “qamburger” qalmaqalı (FOTO)
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Belçika yığmasında hazırda qalmaqal yaşanmaqdadı. Azerisport.az xəbər verir ki, hadisənin əsas qəhrəmanı hücumçu Eden Hazarddı.
Fransanın “Lille” klubunun hücumçu intizamsızlığı ilə diqqət mərkəzinə düşüb. Bu üzdən də baş məşqçi Jorj Leekens onu iki oyunluq cəzalandırıb.
Buna isə futbolçunun Türkiyə - Belçika matçında əvəzlənməsinə kəskin şəkildə reaksiya göstərməsi səbəb olub. Belə ki, Hazard buna etiraz əlazəmi olaraq stadionu tərk edib. Az sonra isə əlində qamburgerlə arenaya qayıdıb. Baş məşqçi isə bütün bunlara cavab olaraq onu sərt şəkildə cəzalandırıb. Belə olan halda Hazard nəinki Sloveniyayla yoldaşlıq matçı ilə yanaşı millimizlə seçmə mərhələ görüşündə də meydana çıxmayacaq.
