4 avqust 2011 16:12
Turanın kapitanı vəzifəsinə 3 namizəd
“Turan” yeni kapitanını seçir. Azerisport.az xəbər verir ki, Tovuz klubu Premyer Liqanın yeni mövsümünün startına kimi öz kapitanını müəyyənləşdirmək istəyir.
Hazırda bu “posta” üç əsas namizəd var. Bunlar Samir Əliyev, Nadir Nəbiyev və Aftandil Hacıyevdi.
Xatırladaq ki, son mövsümdə “Turan”ın kapitanı Vurğun Hüseynov idi. Lakin o, yeni mövsümdə “Qəbələ”də çıxış edəcək.
