4 avqust 2011 17:02
Vaqif Cavadov üçün “70”
Rusiyanın “Volqa” klubunun yeni futbolçularının nömrələri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Nijni Novqorod klubu dövrələrarası fasilədə 8 oyunçu almışdı ki, artıq onların hamısı hansı nömrəli forma geyəcəklərini dəqiqləşdiriblər.
Onların arasında Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov da var. Adətən “7” nömrə altında çıxış edən həmyerlimiz yeni klubunda bu formanı başqası geydiyindən seçimini “70” üzərində etməli olub.
Beləliklə, “Volqa”nın əsas heyətinə gələn yenilərin nömrə seçimləri: №5 Zurab Arziani, №6 Nikita Malyarov, №10 Yanoş Sekeli, №12 Dani Bondarov, №50 Andrey Yeşenko, №70 Vaqif Cavadov.
Gənlərdən ibarət komandanın yeniləri: №27 Mixail Paseçnyuk, №34 Yevgeni Deqtyarev.
“Volqa” yaydığı rəsmi məlumatda bütün yeni futbolçuların ən qısa zamanda qeydiyyatdan keçiriləcəyini bəyan edib.
