4 avqust 2011 17:40
Simurq İnterin müdafiəçisi ilə anlaşa bilmədi
“Simurq”un Danildo Assiolini transfer etmək istəyi baş tutmayıb. Azerisport.az xəbər verir ki, “İnter”in transferə çıxardığı futbolçusu ilə xeyli müddətdi danışıqlar aparan Zaqatala klubu bu futbolçu ilə anlaşa bilməyib.
Braziliyalı müdafiəçinin gələcək karyerası hələ də sual altındadı. Hazırda onun yenidən paytaxt klubunda qalması variantı müzakirə olunur. Razılıq əldə olunsa, “bankirlər” Assioli ilə yeni müqavilə bağlayıb, növbəti mövsüm üçün onu sifariş ərizələrinə salacaqlar.
