4 avqust 2011 18:12

Katalin Doman: XL onlarsız bu qədər güclü olmazdı

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Katalin Doman azerisport.az saytına müsahibəsində komandadakı son baş verən olaylara münasibətini bildirib, yeni mövsümlə bağlı gözləntilərini dilə gətirib:
 
- Son vaxtlar XL ətrafında çoxsaylı söhbətlər dolaşmaqdadı. Öncə deyildi ki, komanda bütün legionerlərindən imtina edir, sonra çempionluğa oynanılmayacağı xəbəri yayıldı. Bu və digər söhbətlər futbolçulara necə təsir edib?
- Keçmişdən danışmaq istəmirəm. Son iki ay bizim üçün çox çətin alındı. Amma hazırda XL-da problem yoxdu. Bütün futbolçular məşq edir və çempionatın startına hazır olmağa çalışır. Bütün bunları unutmaq lazımdı. Əks halda komandaya pis təsir göstərə bilər. Bizi çempionat narahat edir. İlk turu intizarla gözləyiril. XL çempionata qələbə ilə başlamağa borcludu.

- Avropa Liqasındakı uğursuz çıxışınıza nə səbəb oldu?
- İlk növbədə rəqibin gücünü qeyd etmək lazımdı. İsrail “Maccabi”si hazırda Avropa Liqasında çıxış edən klublar arasında ən güclülərdən hesab olunur. Digər tərəfdən biz hazırlıqlara çox gec başlamışdıq. İlk oyuna çıxmazdan cəmi 2 həftə öncə məşqlərə başladıq. İlk günlərdə heç də tam heyətlə məşq etmirdik. Bəzi futbolçular məşqlərə gec qoşuldular.
 
- XL həqiqətən çempionluğa oynamayacaq?
- Bizsiz ölkə çempionatı maraqsız olar, intriqa ölər. XL rəqabətin artmasına kömək edir. Düzdü, komandanı bir neçə futbolçu tərk edib. Amma buna görə narahat olmağa dəyməz. XL növbəti mövsümdə də öz azarkeşlərini sevindirməli olacaq. Bizim hədəfimiz yenə çempionluqdu.
 
- Klub rəhbərliyinin yerli futbolçulara üstünlük verməsini siz necə qarşıladınız?
- Rəhbərliyin qərarını müzakirə etmək mənə çətindi. Əgər klub ös strategiyasını dəyişməyə qərar veribsə, deməli, belə də olmalıdı. Hər şeyi zaman göstərəcək. Hazırda komandada qalan futbolçular da meydana çıxıb əllərindən gələni etməli, maksimuma nail olmalıdılar.
 
- Artıq bu həftə çempionat başlayır. Özü də bu mövsüm daha ciddi rəqabət gözlənilir...
- Minimum beş komanda çempionluğa oynayacaq. Bizi çox çətin və maraqlı oyunları gözləyir. Bir çox komandalar sıralarını təcrübəli legionerlərlə gücləndirib. XL da qarşısına çempionluğu və Azərbaycan kubokunu qazanmaq vəzifəsini qoyub.
 
- İlk turda rəqibiniz “Sumqayıt Şəhər”di...
- Rəqibimiz Premyer Liqanın debütantı olsa da, biz onlarla oyunda maksimum diqqətli və ehtiyatlı olmalıyıq. Belə komandalar həmişə bizə qarşı ikiqat enerjiylə oynayırlar. Odu ki, biz qarşımızdakı rəqibin “Neftçi” və “İnter” olduğunu düşünərək meydana çıxmalıyıq.
 
- Sonda azarkeşlərə deməyə nəsə sözünüz var?
- Onların hamısına təşəkkürümü bildirirəm. Onlar bizim həmişə daha yaxşı oynamağımıza yardımçı olurlar. XL azarkeşlərin superfanatdılar. Onları Azərbaycanda ən yaxşı hesab edirəm. Yalnız onlar hər zaman bizə dəstək olurlar. XL onlarsız bu qədər güclü olmazdı. Azarkeşlərimizdən xahişim budu ki, son mövsümdə olduğu kimi, yenə bizi sona kimi dəstəkləsinlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.