4 avqust 2011 18:35
Bakı Skontonun forvardını alır (FOTO)
“Bakı” daha bir transfer həyata keçirməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, “zolaqlılar” Latviya “Skonto”sunun braziliyalı forvardına elçi düşüb.
Onun adı açıqlanmasa da, danışıqlar davam etdirilir və böyük ehtimalla bu oyunçuyla müqavilə imzalanacaq. Əldə etdiyimiz daha bir bilgiyə görə isə söhbət Natan Suares de Karvalyodan gedir.
Bu futbolçu 1989-cu il təvəllüdlüdü. Vaxtilə icarə əsasında “Olimps”də də çıxış edib.
