4 avqust 2011 19:47
Neftçidə bir gündə iki ad günü (FOTO)
Bu gün "Neftçi" PFK-nın məşqçisi Bəxtiyar Musayev və futbolçusu Elmar Baxşiyevin ad günüdü. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi ənənəyə sadiq qalaraq, onların ad günlərini qeyd edib. Bu münasibətlə "Neftçi" PFK-nın rəhbərliyinin, məşqçilər korpusu və futbolçularının iştirakı ilə tədbir keçirilib. Bəxtiyar Musayevlə Elmar Baxşiyevə qiymətli hədiyyələr təqdim olunub. Klub rəhbərliyi onları təbrik edərək, şəxsi həyat və karyeralarında uğurlar arzulayıb.
