4 avqust 2011 20:00
Azərbaycanlı hakerlər Bruggenin rəsmi saytına hücum etdi (FOTO)
Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Belçikanın “Brugge” klubunun rəsmi saytı azərbaycanlı hakerlərin hücumuna məruz qalıb. Azerisport.az xəbər verir ki, həmyerlilərimiz Belçika klubunun ingilis dili versiyasına (http://www.clubbrugge.be/en/home/index) hücum edərək, həmin səhifədə aşağıdakı şəkli yerləşdiriblər.
Qeyd edək ki, bu gün “Brugge” ilk oyunda 4:1 hesabıyla məğlub etdiyi “Qarabağ”ın qonağı olacaq.
