4 avqust 2011 20:17
Azarkeşlər Qarabağa inanırlar
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Qarabağın Avroliqanın üçüncü təsnifat mərhələsindəki aqibəti necə olacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyləri ilə sizi də tanış edirik.
Beləliklə, sorğuya qatılan oxucularımızın 61 faizi (851 səs) təmsilçimizin “Brugge”ni keçəcəyinə inanır. Onların fikrini hətta ilk oyundakı 1:4 hesablı yenilgi də dəyişdirməyib.
Qalan 39 faiz (552 səs) isə Ağdam klubunun mübarizəni dayandıracağını düşünür.
