4 avqust 2011 22:52
Şərəfli vida (YENİLƏNİB)
Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilir. Azerisport.az xəbər verir ki, qitənin nüfuzuna görə Çempionlar Liqasından sonra ikinci ən səviyyəli turniri olan Avroliqada bir Azərbaycan klubu da növbəti mərhələyə pley-offa yüksəlmək üçün mübarizə aparırdı.
Bu, Belçikanın “Brugge” klubu ilə qarşılaşmaq məcburiyyətində qalan “Qarabağ” idi. Məlum olduğu kimi, AZAL və “Xəzər Lənkəran”ın Avroliqada, “Neftçi”nin Çempionlar Liqasında çıxışını startdaca dayandırmasından sonra bütün gözlər məhz Ağdam klubuna yönəlmişdi. Bir sözlə son iki mövsümdə olduğu kimi, Qurban Qurbanovun komandası yenə Azərbaycanın avrokuboklardakı ən layiqli təmsilçisi kimi mübarizəni davam etdirirdi. Lakin çox təəssüf ki, Ağdam klubu "Brugge" ilə ilk görüşdə arzulanmaz nəticə ilə üzləşdi. Hər halda 1:4 hesablı yenilginin əvəzini çıxmaq o qədər də asan olmayacaqdı. Gözlənildiyi kimi, komandamız bu çətin vəzifənin öhdəsindən gələ bilmədi. Amma ən azı qələbə qazanmaqla azarkeşlərimizə böyük təsəlli yaşatdı.
Avropa Liqası
Üçüncü təsnifat mərhələsi
Cavab oyunu
4 avqust
QARABAĞ – BRUGGE - 1:0 (0:0)
Qol: B.Soltanov, 87 (1:0).
Hakimlər: Saşa Kever, Daniel Vermelinger, Raffael Zeder, Stefan Bulman (hamısı İsveçrə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
QARABAĞ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 10. Emin İmaməliyev, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi, 23. Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.
BRUGGE: 1. Kolin Kusemans, 2. Tom Hoqli, 3. Mixael Almedak, 8. Lior Refaelov, 9. Byorn Fleminks, 13. Viktor Vaskes, 18. Rayan Donk (k), 19. Tomas Menuer, 20. Tibaut Van Aker, 28. Yannes Vansteenkiste, 32. Vadis Ocica.
Ehtiyat oyunçular: 33. Vladimir Kuyoviç, 4. Karl Hufkens, 6. Niki Zimlinq, 50. Sven Doest, 15. Yozef Akpala, 16. Maksim Lestyen, 26. Fries Deşilder.
Baş məşqçi: Adri Koster.
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
3. Qarşılaşma hələ ki, meydanın mərkəzində keçir
4. Adamiyanın uzaqdan zərbəsini qapıçı asanlıqla tutur
7. Qonaqların hücumu zamanı Vaskesin zərbəsi qapının üstündən keçir
10. Adamiyaya qarşı qayda pozuntusuna görə təyin olunan cərimə zərbəsini müdafiəçilər zərərsizləşdirir
11. Komandamızın çox təhlükəli hücumu zamanı yenə rəqib futbolçular sayıq oynayırlar
11. Raufa qarşı təhlükəli nöqtədə kobud oynayırlar. Cərimə zərbəsi. Sadıqovun təhlükəli zərbəsi qapıdan azacıq yan keçir
15. Komandamız hücum təşkil etməyə çalışsa da, hələlik rəqib qapısı qarşısında ciddi təhlükə yaratmaq mümkün olmur
18. Görüşün baş hakimi artıq indidən futbolçulara su içmək imkanı yaradır. Sadıqov Keverin bu qərarına etirazını bildirir. Axı bu, daha çox qonaq komandanın işinə yarayır
22. Komandamız hesabı açmağa yaxın olsa da, Əfranın asmasına Sadiqov dəqiq zərbə endirə bilmir
26. Sadiqovun cərimə meydançası həndəvərindən zərbəsi qapıçı üçün çətinlik yaratmır
30. Komandamız yaxşı hücum təşkil etsə də, hələlik üstünlüyünü qola çevirə bilmir
32. Rauf bir neçə müdafiəçidən sıyrılıb zərbə endirsə də, qapıçı qola imkan vermir
35. Hoqli Adamiyaya qarşı kobud oynayır. Cərimə zərbəsi. Lakin bu dəfə də qolla tamamlaya bilmirik
38. Ənənəvi künc zərbəsi vuruşumuz qol gətirmir
39. Pavloviç belçikalıların hücumunun qarşısını alır
42. Sadiqova qarşı kobud oynayan Vadis Ocica sarı vərəqə alır
43. Künc zərbəsi qazansaq da, yenə heç nə alınmır
43. "Brugge"də ilk əvəzləmə. Menuer yerini Lestyenə verir
45. Əfranın sürətlə cərimə meydançasına daxil olub qapıya zərbə endirsə də, müdafiəçiyə toxunan top kornerə çıxır
45. İlk yarıya iki dəqiqə əlavə olunur
45+1. Namiq Yusifov da kobud oyuna görə sarı vərəqə alır
45+2. Van Akerin uzaqdan zərbəsi azacıq qapıdan yan keçir
İlk yarı başa çatır
İkinci hissə başladı
47. Medvedev də kobub oyuna görə sarı vərəqə ilə cəzalanır
48. Komandamızın qapısı qarşısında çox təhlükəli vəziyyət. Donkun zərbəsi son anda dəqiq olmur
52. Teli Fleminksə qarşı qaydanı pozur. Təhlükəli cərimə zərbəsi canlı səddən kornerə çıxır
53. Korner zamanı yenə Donkun zərbəsi dəqiq alınmır
55. Qarayevin uzaqdan zərbəsi qapının üstündən keçir
56. Listyenin zərbəsini Pavloviç tutur
60. "Qarabağ"ın çox təhlükəli hücumu zamanı Sadiqovun zərbəsi dəqiq alınmır
62. Fleminks yerini Akpalaya verir
64. Əfranın təhlükəli asmasını qapıçı tutur
66. Vaskesin əvəzində meydana Deşilder çıxır
68. Pavloviç uzaq məsafədən zərbənin qarşısını ala bilir
70. Lestyen müdafiəçilərimizi keçə bilsə də, son zərbəsini Pavloviç tutur
72. Adamiyanın uzaqdan zərbəsi qapıdan azacıq yan keçir
76. Sadiqovun əvəzində meydana Nedzipi çıxır
81. Adamiya yerini Bəxtiyar Soltanova verir
85. Komandamız artıq yorulub və qonaq komandanın hücumları daha təhlükəli alınır
86. Künc zərbəsi zamanı Sadıqovun baş zərbəsini qapıçı inanılmaz şəkildə tutur
87. QOOOOOOOOOOOOOOL. Yenə künc zərbəsi. Nedzipinin zərbəsini qapıçı qaytarsa da, Bəxtiyar təkrar zərbə ilə topu tora qovuşdurur - 1:0
90. Sadıqovun zərbəsində azacıq dəqiqlik çatışmır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+2. Sadıqovun cərimə zərbəsi qapının üstündən keçir
Matç başa çatdı
