4 avqust 2011 11:18
Qəbələ - Bakı matçı FİFA referisinə tapşırıldı
Azərbaycan Premyer Liqasının 1-ci turunun oyunlarına hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, yeni mövsümün açılış turunun oyunları şənbə və bazar gününə təsadüf edəcək.
Çempionat Gəncədə “Kəpəz” – “Rəvan” görüşüylə start götürəcək ki, bu qarşılaşmanı da Rauf Cabbarov idarə edəcək. İlk oyun günündə həmçinin “Xəzər Lənkəran” doğma meydanda “Sumqayıt Şəhər”i, “İnter” isə “Turan”ı qəbul edəcək. Bu matçları isə müvafiq olaraq Rəhim Həsənov və Əliyar Ağayev idarə edəcək.
Bazar günü isə cəmi iki görüş baş tutacaq. “Neftçi” – “Qarabağ” oyunu təxirə salındığından “Qəbələ” “Bakı”nı, “Simurq” AZAL-ı qəbul edəcək. Qəbələdəki prinsipial matç Fariz Yusifova həvalə olunub. Zaqataladakı görüşü isə Ramil Diniyev idarə edəcək.
Premyer Liqa
1-ci tur
6 avqust (şənbə)
"Kəpəz" - "Rəvan"
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, Yaşar Abbasov, Rövşən Əhmədov
Gəncə. Şəhər stadionu. Saat 18:00
"Xəzər Lənkəran" - "Sumqayıt Şəhər"
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Rahil Ramazanov, Elçin Məmmədov
Lənkəran. Mərkəzi stadion. Saat 20:00
"İnter" - "Turan"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Azər Əsədov, Vüsal Əliyev
Bakı. "Şəfa" stadionu. Saat 20:00
7 avqust (bazar)
"Qəbələ" - "Bakı"
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Fuad Həsənov
Qəbələ. Şəhər stadionu. Saat 18:00
"Simurq" - AZAL
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Zeynal Zeynalov, Ceyhun Haşımov
Zaqatala. Şəhər stadionu. Saat 20:00
