4 avqust 2011 23:27
Adri Koster: Qarabağ hələ buna hazır deyil
Belçikanın “Brugge” klubunun baş məşqçisi Adri Koster Avropa Liqasının üçüncü təsnifat mərəhələsinin “Qarabağ”la cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesablı məğlubiyyəti ilə bitən görüşdən sonra bunları dilə gətirib:
“Birinci hissədə biz pis oynadıq. Gözləyirdik ki, rəqibimiz ilk dəqiqələrdən hücuma atılacaq. Ancaq bu, baş vermədi. Xoşbəxtlikdən rəqibin erkən qol vurmaq istəyi də alınmadı. Bu, bizim işimizi xeyli yüngülləşdirdi.

Rəqib komandaya gəlincə, mənim daha çox Adamiya, Sadiqov və İsmayılovun hərəkətləri xoşuma gəldi. Əminəm ki, əgər həmkarım bu heyəti qoruyub saxlaya bilsə, gələcəkdə onun yetirmələri Avropa Liqasının qrup mıərhələsinə çıxa biləcəklər. Hələlik isə “Qarabağ” buna hazır deyil”.