4 avqust 2011 11:34

“Bruggeyə 3 qol vurmaq çətin olsa da, uğur haqda düşünmək lazımdı”

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Qarabağ” “Brugge” ilə cavab matçına nə dərəədə yaxşı hazırlaşıb?
- Biz demək olar ki, döyüşə tam hazırıq. Bu matç Avropa Liqasının cari mövsümündə bizim üçün sonuncu da ola bilər. Buna görə də ən azı layiqincə vidalaşmaq istəyirik. Bütün komanda ancaq uğur qazanmaq haqda düşünür.

- “Qarabağ”ı istənilən hesablı qələbə təmin edir?
- Hər şey oyunun gedişindən asılı olacaq. Bizim növbəti mərhələyə adlamaq üçün cüzi şansımız var. Əgər ilk 15 dəqiqədə qol vura bilsək, hər şey bizim xeyrimizə dəyişəcək. Düzdü, belçikalılara 3 qol vurmaq çətindi. Amma uğur haqda düşünmək lazımdı.
 
- Demək olar ki, “Qarabağ”ın bu il də püşkatmada bəxti gətirmədi?
- “Brugge” çox güclüdü. Bəlkə də qarşılaşdığım komandalar arasında ən güclüsüdü. Dortmund “Borussia”sına qarşı oynamamışdım. Amma “Rosenborg”, “Wisla” kimi klublar belçikalılardan zəif idilər. Amma “Brugge”nin də zəif yerləri var.
 
- Məsələn?
- Məsələn, onları əks-hücumlarda yaxalamaq olar. 90 dəqiqə ərzində bütün şanslardan yararlanmaq real deyil. Amma maksimuma çalışmaq lazımdı. Əlbəttə, biz ilk oyunda 1:3 uduzsaydıq, işimiz daha asan olardı. Nə etmək olar? Başqa yolumuz da qalmayıb.

- “Qarabağ”ın uğursuzluğunun əsas səbəblərindən biri kimi futbolçuların yollarda çox yorulmasını göstərirlər. Siz bu barədə nə düşünürsüz?
- Əlbəttə, 15-16 saat yol getmək adamı yorur. Bundan başqa biz “Brugge” ilə oyuna gedərkən Rəşad Sadiqovun qardaşının vəfat etdiyini eşitdik. Bu, komandaya çox pis təsir etdi. Oyunun özündə də problemlər oldu. Vüqar Nadirov ilk dəqiqələrdən zədələnərək meydanı tərk etmək məcburiyyətində qaldı.
 
- “Qarabağ” mübarizəni dayandırsa, komandanızın bu mövsümkü çıxışına necə qiymət vermək olar?
- Digər klublarla müqayisədə kifayət qədər normal. İstənilən halda yenə bizə iki mərhələ keçmək nəsib oldu. Qalanını qoy azarkeşlər və jurnalistlər qiymətləndirsinlər. Əgər bizə öz səviyyəmizə uyğun komanda düşsəydi, biz pley-offa rahatlıqla keçərdik. Başa düşmək lazımdı ki, “Brugge” çox güclü klubdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.