4 avqust 2011 23:41
Qurban Qurbanov: Bu qələbə gələcəyə ümid nişanəsidi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının üçüncü təsnifat mərəhələsinin Belçika “Brugge”si ilə cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesablı qələbəsi ilə bitən görüşdən sonra bunları dilə gətirib:
“Çətin oyun alındı. Biz ikinci hissədə artıq yorulsaq da, döyüşməyə davam etdik. Çox şadam ki, qələbə qazana bildik. Bu qələbə gələcəyə ümid nişanəsidi. Yəni gələcəkdə bizdə daha yaxşı ola bilər. Stadiona gəlib bizi dəstəkləyən bütün azarkeşlərə minnətdarlığımı bildirirəm”.
