4 avqust 2011 11:45
Foqts və köməkçiləri Qarabağın oyununda
Məlum olduğu kimi, bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunlarıçərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” Belçikanın "Brügge" klubu ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, mərkəzi arenadakı oyunu millimizin məşqçiləri də izləyəcək.
Belə ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts köməkçiləri ilə birlikdə "Qarabağ"ın oyunçularını iş başında görəcək. Qeyd edək ki, qarşılaşma 21:00-da start götürəcək.
