4 avqust 2011 23:50
AFFA prezidenti Qarabağın oyunundan danışdı
AFFA prezidenti Rövnəq Abdullayev Avropa Liqasının üçüncü təsnifat mərəhələsinin “Qarabağ”la Belçika “Brugge”sinin cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, canlı izlədiyi qarşılaşma başa çatdıqdan sonra bunları dilə gətirib:
“Yaxşı oyun alındı. “Qarabağ”ın hazırlığı yüksək səviyyədə idi. Amma məşqçinin fikirlərini ilk hissədə həyata keçirmək lazım idi. Ələ düşən vəziyyətləri dəyərləndirmək lazım idi. Əgər fasiləyə kimi qol vursaydılar, onda hər şey başqa cür ola bilərdi”.
