4 avqust 2011 12:02
Qarabağın 5 futbolçusu bu gün də məşq etdi
“Qarabağ” bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Belçika “Brugge”sini qəbul edəcək. Azerisport.az xəbər verir ki, artıq komandanın əksər üzvləri bu oyunun başlama saatını gözləsə də, beş futbolçu düşərgədən “ayrı düşüb”.
Belə ki, bu gün səhər komandanın beş futbolçusu – İlqar Qurbanov, Bəxtiyar Soltanov, Nderim Nedzipi, Emin İmaməliyev və Zaur Həşimov Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxıb. Onlar Qurban Qurbanovun fiziki hazırlıq üzrə köməkçisi Çudomir Çakarovun rəhbərliyi altında məşq keçiblər.
Qeyd edək ki, “Qarabağ” – “Brugge” matçı saat 21:00-da başlayacaq.
