4 avqust 2011 12:32
Millimizin rəqibi zədə epidemiyasına tutulub
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Belçika yığmasının baş məşqçisi Jorj Leekens çətin vəziyyətdə qalıb. Azerisport.az xəbər verir ki, o, Sloveniya ilə avqustun 10-da keçiriləcək yoldaşlıq oyununa daha bir neçə futbolçunu çağıra bilməyəcək.
Qeyd edək ki, onun öncə Maruan Fellaininin xidmətindən yararlana bilməyəcəyi bəlli idi. Lakin baş məşqçi zədə səbəbindən Yan Vertongen, Loran Siman, Musa Dembeleni də heyətə cəlb etməmək məcburiyyətində qalıb. Naser Çadlinin qarşıdakı oyunda iştirakı isə sual altındadı.
A qrupunda millimizlə eyni qrupda yer alan Belçika Brüsseldə keçirilən ilk oyunda 4:1 hesablı qələbə qazanmışdı. Azərbaycanla Belçika arasındakı cavab görüşü isə sentyabrın 2-də Bakıda baş tutacaq.
