5 avqust 2011 01:08
Rayan Donk: Qarabağa qarşı oynamaq bizə çox çətin oldu
Belçikanın “Brugge” klubunun müdafiəçisi Rayan Donk Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesablı yenilgisi ilə bitən görüşdən sonra bunları dilə gətirib:
“Meydan sahibləri əks-hücumlarda yaxşı təsir bağışlayırdılar. Onların uzun ötürmələri də çox təhlükəli alınırdı. Amma biz artıq həmin səviyyədə oynamırdıq. Qazon da çox quru idi, sürətli oynamağa mane olurdu. Bu rəqibə qarşı oynamaq bizə çox çətin oldu”.
