5 avqust 2011 13:28
Əfran İsmayılov: Brugge cütün taleyini ilk oyunda həll etmişdi
“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:0 hesablı qələbələri ilə bağlı bunları dilə gətirib:
“Biz bilirdik ki, oyun bizim üçün çətin alınacaq. Axı ilk oyunda 1:4 hesabıyla məğlub olduğumuzdan pley-offa çıxmağa şanslarımız çox az idi. Amma biz istənilən halda qələbə qazanmaq istəyirdik. Ən azından azarkeşlərimizi sevindirməyi düşünürdük. Təəssüf ki, “Brugge” cütün taleyini ilk oyunda həll etmişdi. Bizə indi sadəcə çempionat barədə düşünmək qalır”.
