5 avqust 2011 13:36
Xəzər Lənkəran yeni legionerlərin yolunu gözləyir
Azərbaycan kubokunun qalibi "Xəzər Lənkəran" transfer çalışmalarını davam edirir. Azerisport.az xəbər verir ki, bəzi əcnəbilərindən imtina edən Lənkəran klubu onların yerini doldurmağa çalışır.
Bundan əvvəl "Xəzər Lənkəran"ın "Barcelona"nın yetirməsi, son klubu "Salamanka" olan İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq üzvü Mario Rosasla güclənəcəyini bildirmişdik. Son məlumatlara görə, komandanın düşərgəsinə bundan başqa daha dörd futbolçu gələcək. Bunlardan birinin "Sevilla"da oynamış Dani ləqəbli ispan futbolçu olduğu deyilir. Bundan başqa "Xəzər Lənkəran"ın düşərgəsinə Serbiyadan hücumçu və daha iki futbolçunun gələcəyi gözlənilir.
