5 avqust 2011 13:41
Rauf Əliyev: Layiq olduğumuz qələbəni qazandıq
“Qarabağ”ın hücumçusu Rauf Əliyev Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:0 hesablı qələbələri ilə bağlı bunları dilə gətirib:
“Bütün komanda ancaq qələbə haqda düşünürdü. Biz bilirdik ki, “Brugge” məğlubiyyətdən qaçmaq üçün əlindən gələni edəcək. Şadam ki, layiq olduğumuz qələbəni qazana bildik. Azarkeşlərimizi sevindirdik, reytinqimizə xal qazandırdıq. Bütün bunlar onu göstərir ki, bizim güclü komandamız var. “Qarabağ” bu gün gözəl futbol sərgilədi”.
