5 avqust 2011 14:01
Hacıyev Neftçini belə hazırlaşdırır (FOTOREPORTAJ)
Azərbaycan çempionu "Neftçi" Premyer Liqanın 2011/12 mövsümünə hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri gündə iki dəfə olmaqla məşq keçirlər. "Ağ-qaralar" bu gün səhər saatlarında baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında məşq edib. "Neftçi"nin axşam hazırlığı da klubun bazasındakı meydançada baş tutacaq.
