5 avqust 2011 15:26
Neftçiyə yeni məşqçi gətirilir (FOTO)
“Neftçi”yə yeni məşqçi gətirilir. Azerisport.az xəbər verir ki, baş məşqçi Böyükağa Hacıyev komandasına tanış həmkarlarından birini gətirir.
Bu, vaxtilə onunla birgə işləmiş Asif Əliyevdi. Lakin hələlik “ağ-qaralar”ın yeni baş məşqçisinin bu planının baş tutub-tutmayacağı dəqiq bilinmir.
Qeyd edək ki, Asif Əliyev Hacıyevlə “Bakı”da bir yerdə çalışıblar.
