5 avqust 2011 15:15

ÇL-in pley-off mərhələsinin püşkü atıldı (YENİLƏNİB)

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da start götürüb.
 
Bu püşkatmada təəssüf ki, artıq Azərbaycan təmsilçisi yox idi. Çünki ölkə çempionu “Neftçi” elə ilk cəhdindəcə Xorvatiya çempionu “Dinamo”ya (Zaqreb) uduzaraq, mübarizəni erkən dayandırmışdı. Finlandiya təmsilçisi HJK-nı da mübarizədən kənarlaşdırmış xorvatlar isə qrup mərhələsinin bir addımlığında növbəti rəqiblərini tanıdılar.
 
Qeyd edək ki, ÇL-in qrup mərhələsində iddialılar arasında üçüncü təsnifat mərhələsini qalib kimi başa vuran çempionlarla - “Copenhagen” (Danimarka), BATE (Belarus), “Maccabi” (Hayfa, İsrail), “Dinamo” (Zaqreb, Xorvatiya), APOEL (Kipr), “Wisla” (Polşa), “Sturm Graz” (Avstriya), “Genk” (Belçika), “Viktoria” (Çexiya) və “Malmö” (İsveç) - yanaşı, gümüş medal qazanmış “Twente” (Hollandiya), “Rubin” (Rusiya), “Udinese” (İtaliya), “Zürich” (İsveçrə) və “Odense” (Danimarka) iddialıdı. Bu klublarla yanaşı “Böyük beşlik” ölkələrinin məhz pley-off mərhələsindən mübarizəyə qoşulmalı olan komandaları da mübarizəyə başlayacaq. Onların siyahısı isə belədi: “Bayern” (Munhen, Almaniya), “Arsenal” (İngiltərə), “Olympique” (Lion, Fransa), “Benfica” (Portuqaliya), “Villarreal” (İspaniya).

Artıq bu 20 klubun pley-off mərhələsinin püşkatmasında hansı səbətlərdə yer alacağı da öncədən bəlliydi. Klublar aşağıda göstərildiyi kimi qruplaşdırılmışdı.
 
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
 
Çempionlar:
 
Səpələnmişlər
Copenhagen (Danimarka), BATE (Belarus), Maccabi (Hayfa, İsrail), Dinamo (Zaqreb, Xorvatiya), APOEL (Kipr).
 
Səpələnməmişlər
Wisla (Polşa), Sturm Graz (Avstriya), Genk (Belçika), Viktoria (Çexiya), Malmö (İsveç)
 
Qeyri-çempionlar:
 
Səpələnmişlər
Bayern (Munhen, Almaniya), Arsenal (İngiltərə), Olympique (Lion, Fransa), Benfica (Portuqaliya), Villarreal (İspaniya).
 
Səpələnməmişlər
Twente (Hollandiya), Rubin (Rusiya), Udinese (İtaliya), Zürich (İsveçrə), Odense (Danimarka).
 
Beləliklə, püşkatma nəticəsində pley-off cütləri aşağıdakı kimi formalaşıb:
 
Wisla (Polşa) - APOEL (Kipr)
Maccabi (Hayfa, İsrail) - Genk (Belçika)
Dinamo (Zaqreb, Xorvatiya) - Malmö (İsveç)
Copenhagen (Danimarka) - Viktoria (Çexiya)
BATE (Belarus) - Sturm Graz (Avstriya)
 
Odense (Danimarka) - Villarreal (İspaniya)
Twente (Hollandiya) - Benfica (Portuqaliya)
Arsenal (İngiltərə) - Udinese (İtaliya)
Bayern (Munhen, Almaniya) - Zürich (İsveçrə)
Olympique (Lion, Fransa) - Rubin (Rusiya)
 
Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin ilk oyunları avqustun 16-17-də, cavab görüşləri isə 23-24-də baş tutacaq. Qaliblər birbaşa ÇL-in qrup mərhələsinə vəsiqə əldə edəcək. Məğlub komandalar isə Avropa Liqasının qrup mərhələsində mübarizə aparmaq hüququ qazanacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.