5 avqust 2011 15:37
Nedzipi: Avropa Liqasını ləyaqətlə tərk etdik
“Qarabağ”ın yarımmüdafiəçisi Nderim Nedzipi Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:0 hesablı qələbələri ilə bağlı bunları dilə gətirib:
“Güclü komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, rəqibdən daha yaxşı oynadıq. Sonda qələbə qolunu vursaq da, təəssüf ki, bu, bizə lazımi nəticəni qazandırmadı. Əgər ilk oyunu öz meydanımızda keçirsəydik, ümumi nəticə xeyrimizə ola bilərdi. İstənilən halda düşünürəm ki, turniri ləyaqətli şəkildə tərk etdik. Nə etmək olar, indi Premyer Liqa oyunlarına hazırlaşacağıq”.
