5 avqust 2011 15:48

Foqts: Azərbaycan klublarının çıxışından narazıyam

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts azerisport.az müxbiri ilə söhbətində yerli klubların avrokuboklardakı çıxışı, xüsusən “Qarabağ” - “Brugge” oyunu və yığma oyunçuları haqda suallarını cavablayıb.
 
“Bilmirəm niyə onlar ancaq sonda yaxşı oynadılar. Bütün oyunu belə oynamaq lazım idi. “Qarabağ”ın niyə məhz son dəqiqələrdə bütün komanda ilə hücuma keçməyini anlamıram. “Qarabağ” “Brugge”ni 3:0 hesabı ilə məğlub edə bilərdi. Sadəcə alınmadı”, deyə cavab qarşılaşmasını şərh edən Foqts bildirib.
 
Onun sözlərinə görə Qurban Qurbanovun yetirmələri riskə getməli idilər: “Risk etmək lazım idi. Oyunun əvvəlindən va-banka getmək lazım idi. Hər şey tamamilə fərqli yekunlaşa bilərdi”, deyə alman mütəxəssis hesab edir.
 
Azərbaycan klublarının avrokubok mövsümünü qiymətləndirən Foqts qısa danışıb: “Nə deyə bilərəm? Mən cari avrokubok mövsümündən narazıyam”.
 
Makedoniya ilə qarşıdakı yoldaşlıq oyununa toxunan Foqts “Qarabağ”ın oyunçularının yorğunluq faktoruna toxunaraq bildirib ki, belə hallar maneə olmamalıdı: “Bu beynəlxalq yoldaşlıq oyunu olacaq. Buna görə də yığma yüksək səviyədə oynamalıdı. Futbolçular isə həftədə iki dəfə oynamağı öyrənməlidilər. Bütün dünyada bu, belədi. Belə praktika geniş yayılıb. Bəzən futbolçuların beş günə iki oyun oynaması da istisna deyil. Makedoniya ilə oyuna hələ vaxt var. Uşaqlar özünə gələ bilər”.
 
Rəşad Sadiqovovun qardaşının vaxtsız vəfatı səbəbi ilə yoldaşlıq oyununda iştirak etməməsinə gəlincə Foqts bu mövzuda hər şey ola biləcəyini bildirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.