5 avqust 2011 16:12
Qarabağ ev oyunlarını keçirəcəyi arenanı müəyyənləşdirdi
“Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının növbəti mövsümündə ev oyunlarını keçirəcəyi stadionlarla bağlı seçimini edib. Azerisport.az xəbər verir ki, Ağdam klubu artıq bununla bağlı yekun qərarının yazılı olaraq Peşəkar Futbol Liqasına da təqdim edib.
Belə ki, növbəti mövsümdə ağdamlıların ev oyunlarını keçirəcəyi əsas stadion Quzanlıdakı Olimpiya Kompleksinin arenası olacaq. “Qarabağ”ın ehtiyat stadionu kimi isə məhz Suraxanıdakı Tofiq İsmayılov adına arena göstərilib. Bu da o deməkdi ki, ağdamlılar yalnız zərurət yaranacağı halda ev oyunlarını Bakıda keçirmiş olacaq.
