5 avqust 2011 16:34
Cavadov sabah Rusiya Premyer Liqasında debüt edə bilər
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov sabah Rusiya Premyer Liqasında debüt matçına çıxa bilər. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası doğma divarlar arasında “Rostov”u qəbul edəcək.
Qeyd edək ki, Vaqif xeyli müddətdi “Volqa”ya transfer olunsa da, hələlik rəsmi oyunlarda debüt edə bilməyib. Çünki o, rəsmi olaraq yalnız avqustun 1-dən sonra qeydiyyata alına bilərdi. Artıq bu proses güman ki, başa çatıb və sabahkı oyunda baş məşqçi Dmitri Çerışev digər yeni futbolçularla yanaşı Cavadovun da xidmətindən yararlana biləcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 19:45-də isə millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqovun çalışdığı "Anji" evdə "Tomsk"u qəbul edəcək.
