5 avqust 2011 17:30
Mehman Allahverdiyev Rəvanla oyunda 10 000 azarkeş gözləyir
“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev Azərbaycan Premyer Liqasının yeni mövsümünün açılış turunda qarşılaşacaqları “Rəvan”la bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən artıq “Rəvan”la oyunda meydana çıxaracağım start heyətini müəyyənləşdirmişəm. Amma əlbəttə, həmin futbolçuların adlarını sizə açıqlamayacağam. “Rəvan” yaxşı komandadı. Yaxşı heyət toplaya biliblər. Hesab edirəm ki, oyun çətin keçəcək. Amma uğura inanıram. Eyni zamanda stadiona ən azı 10 000 azarkeşin gələcəyinə də”.