5 avqust 2011 18:03
Turanın kapitanı bəlli oldu
“Turan” yeni mövsümdə komandanı meydana çıxaracaq kapitanını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun kapitan sarğısını bundan sonra Aftandil Hacıyev daşıyacaq.
Komanda üzvləri və məşqçilər məhz “Qarabağ”dan gəlmiş təcrübəli müdafiəçinin kapitanlığını məqsədəuyğun sayıblar. Halbuki, onunla yanaşı daha iki nəfər bu “vəzifəyə” namizəd idi.
Bunlar hücumçu Nadir Nəbiyevlə Samir Əliyev idi. Lakin Nadir Nəbiyev baş məşqçi Əsgər Abdullayevin təklifindən imtina etdiyindən, sarğı Hacıyevə həvalə olunub.
