5 avqust 2011 18:33
“Böyükağa Hacıyevin məşqləri çox maraqlı keçir”
"Böyükağa Hacıyev tanınmış mütəxəssisdi. Məşqlərimiz çox maraqlı keçir. Bizim işimiz məşqlərdə canla-başla iştirak etməkdi. Hamımız həvəslə çalışırıq". Azerisport.az xəbər verir ki, bu sözləri "Neftçi" PFK-nın yarımmüdafiəçisi Mirhüseyn Seyidov deyib.
Gənc futbolçu klubun rəsmi saytına açıqlamasında hədəflər barədə də danışıb: "Qarşıdakı mövsümdə məqsədimiz çempionluq tilulunu qorumaqdı. Həm də biz gənclər özümüzü yalnız yaxşı tərəfdən göstərib, əsas heyətdə yer almağa çalışacağıq".
