5 avqust 2011 18:21
Sloveniya millisinin forvardı Xəzər Lənkəranda (FOTO)
“Xəzər Lənkəran” futbol klubu heyətinə yeni futbolçu cəlb edib. Azerisport.az xəbər verir ki, bu, sloveniyalı hücumçu Deyan Rusiçdi.
Cənub klubu yeni futbolçusu ilə 2,5 il müddətinə müqavilə imzalayıb.
Qeyd edək ki, 28 yaşlı Rusiç ölkəsinin klublarından savayı Rumıniyanın “Timişoara” və Rusiyanın “Spartak Nalçik” komandalarının şərəfini qoruyub. Ötən mövsümün ikinci yarısını isə futbolçu Səudiyyə Ərəbistanının “Əl Taavon” klubunda oynayıb. Hücumçu həmçinin 2007-ci ildən etibarən bir neçə dəfə Sloveniya milli komandasının heyətinə də çağırılıb.
