5 avqust 2011 18:51
Toni Adams: Bizi çətin start gözləyir
“Qəbələ”nin baş məşqçisi Toni Adams Azərbaycan Premyer Liqasının yeni mövsümünün açılış turunda qarşılaşacaqları “Bakı” ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bakı” güclü rəqibdi. Bakılıların heyətində xeyli dəyişikliklər olub. Buna görə də bizi çətin start gözləyir. Bizə isə mövsümə yaxşı başlamaq lazımdı. Fikrimcə, rəqib də qarşısına eyni məqsədi qoyub”.
