6 avqust 2011 00:01

Başlayır!

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək. Azerisport.az xəbər verir ki, mövsümün elə ilk turu bir təxirəsalma ilə başlamış olacaq.
 
Belə ki, “Qarabağ”ın Avropa Liqasındakı çıxışı ilə əlaqədar yorğunluğunu nəzərə alan klub rəhbərliyi ilk turda qarşılaşmalı olduqları “Neftçi” ilə oyunun təxirə salınmasını xahiş etdilər. Bu üzdən də PFL bu tarixi Azərbaycan derbisini qeyri-müəyyən tarixə kimi təxirə salıb. Bu üzdən də açılış turunda cəmi 5 görüş keçiriləcək.
 
Sayca 20-ci – yubiley çempionatımıza Gəncədə start veriləcək. Burda yerli “Kəpəz” Premyer Liqamızın debütantı “Rəvan”la qarşılaşacaq. Ötən mövsüm birinci divizionda gümüş medallara sahib çıxmaqla elitaya yüksələn paytaxt təmsilçisi demək olar ki, “Muğan”ın bazası əsasında formalaşıb. Salyan klubunun Premyer Liqadan imtina etməsi nəticəsində bu komandanın həm əksər futbolçuları, həm də baş məşqçisi Bəhmən Həsənov “Rəvan”a keçdi. Bakı təmsilçisinin elitadakı debüt matçı isə ötən mövsüm “Gəncə” adı altında çıxış edən “Kəpəz”ə qarsıdı. Hansı ki, çoxları Mehman Allahverdiyevin komandasını cari mövsümün sürpriz kollektivləri qismində görür.
 
Elitanın daha bir debütantı – “Sumqayıt Şəhər” isə səfərdə son mövsümün gümüş mükafatçısı “Xəzər Lənkəran”ın qonağı olacaq. Bu komanda bir növ AFFA-nın xeyir-duası ilə, məhz bu qurumun rəsmilərinin təşəbbüsü ilə yaradılıb. Özü də ötən mövsüm birinci divizionun çempionu olmuş “Abşeron”un dağılması nəticəsində. Lakin sevindirici məqam orasındadı ki, komandanın az qala bütün üzvləri aşağı yaş qruplarından üzrə yığmamızın heyətində çıxış edirlər. Gəl ki, Sumqayıt təmsilçisinin debüt matçında mövsümə uğurlu başlanğıc etməsi heç də asan olmayacaq. Çünki yeni mövsümdə də qarşısına uğurlu çıxış etmək vəzifəsini qoyan “Xəzər Lənkəran” Avropa Liqasındakı uğursuzluğu unutdurmaq üçün doğma azarkeşlərini mütləq qələbə ilə sevindirməyə çalışacaq.
 
İlk oyun gününün daha bir matçı isə “İnter”lə “Turan” arasında keçiriləcək. Paytaxt klubu yeni mövsümə demək olar ki, tam fərqli heyətlərlə başlamış olacaq. Elə Tovuz təmsilçisi də ötən mövsümlə müqayisədə çox dəyişib. Komanda yeni mövsümə Əsgər Abdullayevin rəhbərliyi altında hazırlaşıb. Heyət tamamilə yenidən qurulub. Bir sözlə daim müdafiə futbolunun əsas tərəfdarlarından hesab olunan Abdullayevin komandasının mövsümə necə başlayacağı maraqla gözlənilir.
 
Digər iki qarşılaşma isə bazar gününə təsadüf edəcək. Öncə Qəbələdə hələlik ilk turun ən prinsipial görüşü baş tutacaq. Yeni mövsümdə qarşısına yüksək hədəflər qoyan Toni Adamsın “Qəbələ”si doğma divarlar arasında çempionluğa oynadığını gizlətməyən Aleksandr Starkovun “Bakı”sı ilə üz-üzə gələcək. Hər iki komanda heyətini xeyli gücləndirib və yeniləşmiş heyətlərlə onların yeni mövsümə nə dərəcədə uğurla start verəcəyi maraqla gözlənilir.
 
Nəhayət, hesabat turuna Zaqatalada yekun vurulacaq. Burda yerli “Simurq” AZAL-ı qəbul edəcək. Qeyd edək ki, Zaqatala klubu məhz “Muğan”ın Premyer Liqada iştirakdan imtinası nəticəsində elitada çıxış etmək imkanı qazandı. Halbuki, bu komanda ötən mövsümün nəticələrinə görə uğursuz çıxış edərək elitanı tərk etmişdi. Amma göründüyü kimi, daim belə qəribəlikləri ilə bizləri təəccübləndirən Azərbaycan futbolunda bu da oldu. Rusiyalı Sergey Yuranın rəhbərliyi altında yeni komanda yaratmaqla məşğul olan “Simurq”un nəyə qadir olduğunu isə zaman göstərəcək. Yeri gəlmişkən, bu komandanın yeni mövsümdəki ilk rəqibi AZAL da mövsümə yeni baş məşqçiylə başlayacaq. Avropa Liqasındakı uğursuz çıxışdan sonra postundan gedən Nazim Süleymanovun yerinə gətirilən Elxan Abdullayevin “təyyarəçilər”ə nə dərəcədə layiqli olduğunu da mövsümün gedişi göstərəcək.
 
Premyer Liqa
1-ci tur
6 avqust (şənbə)
 
"Kəpəz" - "Rəvan"
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, Yaşar Abbasov, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Şahin Cəfərov.
Gəncə. Şəhər stadionu. Saat 18:00.
 
"Xəzər Lənkəran" - "Sumqayıt Şəhər"
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Rahil Ramazanov, Elçin Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 20:00.
 
"İnter" - "Turan"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Azər Əsədov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asif Namazov.
Bakı. "Şəfa" stadionu. Saat 20:00.
 
7 avqust (bazar)
 
"Qəbələ" - "Bakı"
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Xəqani Məmmədov.
Qəbələ. Şəhər stadionu. Saat 18:00.
 
"Simurq" - AZAL
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Zeynal Zeynalov, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Zaqatala. Şəhər stadionu. Saat 20:00.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.