6 avqust 2011 21:52
Premyer Liqa ev sahiblərinin qələbələri ilə başladı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, mövsümün birinci turunun ilk oyun günündə 3 qarşılaşma keçirilib.
Sayca 20-ci – yubiley çempionatımıza Gəncədə start verilib. Burda yerli “Kəpəz” Premyer Liqamızın debütantı “Rəvan”la qarşılaşıb və möhtəşəm qarşılaşmanı əzmkar qələbə ilə bitirib. Elitanın daha bir debütantı – “Sumqayıt Şəhər” isə səfərdə son mövsümün gümüş mükafatçısı “Xəzər Lənkəran”ın qonağı olub və buraxdığı iki qolun qarşılığında sadəcə təsəlli qoluna sevinib. İlk oyun gününün daha bir matçı isə “İnter”lə “Turan” arasında keçirilib və meydan sahibləri minimal hesablı qələbəyə seviniblər.
Premyer Liqa
1-ci tur
6 avqust (şənbə)
XƏZƏR LƏNKƏRAN - SUMQAYIT ŞƏHƏR - 2:1 (2:0)
Qol: E.Opara, 33 (1:0), J.Vobay, 42 (2:0), E.Quliyev, 85 (2:1).
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Rahil Ramazanov, Elçin Məmmədov.
Lənkəran. Şəhər mərkəzi stadionu.
Oyun başladı
7. Meydan sahiblərinin ilk təhlükəli hücumu qolla nəticələnmir
9. Lənkəranlıların çox təhlükəli hücumu yenə bəhrəsiz qalır
10. XL qarşılaşmaya daha fəal başlasa da, hələlik qonaqlar müqavimət göstərir
17. Meydan sahiblərinin çox təhlükəli hücumu zamanı müdafiəçilər topu uzaqlaşdıra bilirlər
24. XL-ın künc zərbəsindən fərqlənmək istəyi alınmır
30. XL oyunda üstünlüyə malik olsa da, bunu hesabda əks etdirə bilmir
31. Ruslan Tağızadənin ötürməyəbənzər zərbəsi çox təhlükəli alındı ki, bunu hətta lənkəranlı azarkeşlər də alqışladılar
33. Bonfimin asmasını Opara dəqiq baş zərbəsi ilə hesabı açır - 1:0
35. Domanın uzaqdan zərbəsi dəqiq alınmır
40. Qonaqların hücumu təhlükəli alınsa da, bəhrəsizdi
41. Rahid komandasının ikinci qoluna imza atmaq şansını qaçırır
42. Sağ cinahdan daha bir asma və bu dəfə Vobay dəqiq baş zərbəsi ilə ikinci qolu vurur - 2:0
İlk yarı başa çatdı
İkinci hissə başladı
46. XL-da Elnur Abdullayevi Alim Qurbanov əvəzləyir
50. Meydan sahibləri ikinci hissədə də üstün oyun sərgiləməkdədilər
52. SŞ də hücumlar etməyə başlayıb və korner qazanırlar. Lakin meydan sahibləri sayıqdılar
59. Doman meydan sahiblərinin hücumunu əla zərbə ilə tamamlasa da, Popoviç də eyni gözəlliklə topu dəf edə bilir
61. SŞ-də Aqil Məmmədov Rəşad Kərimovun əvəzində meydana daxil olur
65. Qonaqlar cərimə zərbəsi qazansa da, Kamran topu asanlıqla tuta bilir
68. Vobay inanılmaz epizodda dubla imza atmaq şansını dəyərləndirə bilmir
69. Oparanın uzaqdan qüvvətli zərbəsi dəqiq olmur
71. Vobayın əvəzində meydana Şəhriyar Xəlilov daxil olur
74. Domandan inanılmaz reyd... Oparanın yekun zərbəsini Popoviç tutur
79. Elvin Beqiri Oparanın əvəzində meydana daxil olur
85. Çox təhlükəli nöqtədə cərimə zərbəsi qazanan qonaqlar Eşqinin dəqiq zərbəsi ilə fərqi azaldırlar - 2:1
Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. XL daha bir qol vurmağa çalışsa da, hələ ki, bəhrəsizdi
Matç başa çatdı
İNTER – TURAN - 1:0 (0:0)
Qol: Elnur Abdulov, 54 (1:0)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Azər Əsədov, Vüsal Əliyev.
Bakı. "Şəfa" stadionu.
Oyun başladı
"İnter" matça daha fəal başlayıb
Asif Məmmədovun qonaqların qapısına zərbəsi dəqiq alınmır
Arif Daşdəmirovun cinahıyla qurulan hücumlar hələ ki, "İnter"ə qol gətirmir
Sxadadze Kandelakinin əla ötürməsini qola çevirə bilmir
Sxadadzenin daha bir təhlükəli zərbəsi dirəkdən dönür. Zlatinovun təkrar zərbəsi alınmır
Asif Məmmədovun zərbəsi qapıdan azacıq yan keçir
Zlatinov da fərqlənmək şansını əldən verir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"İnter" ərazi üstünlüyünü hesabda əks etdirə bilmir
Meydan sahibləri nəhayət ki, Elnur Abdulovun qoluyla hesabı açırlar - 1:0
"İnter" növbəti qolu vurmağa yaxın olsa da, dəyərləndirən olmur
Çervenkanın zərbəsi dəqiq alınmır
Nizami Hacıyev də qol vurmağ yaxın olsa da, zərbəsi dirəkdən dönür
"İnter"də Karlsons Sxadadzenin əvəzində meydana daxil olur
Asif Mirili fərqlənmək şansını əldən verir
Matç başa çatdı
KƏPƏZ - RƏVAN - 3:2 (0:1)
Qollar: Con Pelu, 38 (0:1), Junivan Suares, 64 (1:1), Miloş Zeçeviç, 78- pen (1:2), Ceyhun Sultanov, 87 (2:2), Ceyhun Sultanov, 88 (3:2).
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, Yaşar Abbasov, Rövşən Əhmədov.
Gəncə. Şəhər stadionu.
Oyun başladı
"Kəpəz" ilk dəqiqələrdən daha çox fəallıq göstərir. "Rəvan" isə müdafiə olunur
Meydan sahibləri matçda üstün tərəfdi, təhlükəli hücumlar qurmağa çalışırlar
Paytaxt klubu əks-hücum taktikası seçib
Hər iki komanda kifayət qədər ehtiyatlı oyuna üstünlük verdiyindən hələ ki, oyunda 100 faizlik qol imkanı qazanan yoxdu
"Kəpəz" fərqlənməyə yaxın olsa da, "Rəvan"ın qapıçısı yerindədi
"Rəvan"ı qapı dirəyi qoldan xilas edir
Təhlükəli cərimə zərbəsi zamanı qapıçı Elşən Poladov meydan sahiblərini qoldan xilas edir
38-ci dəqiqədə Con Pelu yeni mövsümün ilk qoluna imza atır - 0:1
Ceyhun Sultanovun hesabı bərabərləşdirmək istəyi baş tutmur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Sultanovun cərimə zərbəsi qeyri-dəqiq alınır
Hələlik "Kəpəz" istəyinə nail ola bilmir
Meydan sahiblərinin qol vəziyyətləri olsa da, fərqlənə bilmirlər
Junivan Suares hesabı bərabərləşdirir - 1:1
"Kəpəz" tamamilə irəli atılıb və ikinci qolu vurmağa çalışır
Meydanda kifayət qədər sərt oyun getməyə başlayıb
Miloş Zeçeviç dəqiq penalti zərbəsi ilə "Rəvan"ı yenidən hesabda önə keçirir - 1:2
Ceyhun Sultanov yenidən hesabı bərabərləşdirir - 2:2
Sultanov cəmi bir dəqiqə sonra daha bir qol vurur - 3:2
Matç başa çatdı
Birinci turun qalan görüşləri sabah keçiriləcək: 7 avqust – "Qəbələ" - "Bakı", "Simurq" – AZAL.
