5 avqust 2011 11:08
Bəxtiyar Soltanovun sevinci və təəssüfü
“Qarabağ”ın hücumçusu Bəxtiyar Soltanov Avropa Liqasının üçüncü təsnifat mərhələsinin Belçika “Brugge”si ilə oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:0 hesablı qələbələri ilə bağlı bunları dilə gətirib:
“Çox şadam ki, mənə bu oyunda yenidən qol vurmaq nəsib oldu. Amma eyni zamanda da təəssüflənirəm ki, bu qol komandanın növbəti mərhələyə keçməsinə kömək etmədi. Biz qələbə qazanmağı çox istəyirdik. Təəssüf ki, ilk oyundakı böyük hesablı məğlubiyyətdən sonra şanslarımız çox az idi”.