5 avqust 2011 11:29
“Qarabağ bunu bacarsaydı, təəccüblənməzdim”
Belçikanın “Brugge” klubunun müdafiəçisi Tom Hoqli Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesablı yenilgisi ilə bitən görüşdən sonra bunları dilə gətirib:
“Qarabağ” oyunun əvvəlində də bizə qol vura bilərdi. Əgər bu da baş versəydi, qətiyyən təəccüblənməzdim. Lakin fasiləyə qolsuz heç-heçə ilə yollananda artıq başa düşdük ki, biz artıq növbəti mərhələdəyik. Xoşbəxtlikdən “Qarabağ” ancaq sonda qol vura bildi”.
