5 avqust 2011 11:38
Premyer Liqamızın debütantının saytı istifadəyə verildi
Ötən mövsüm birinci divizionda ikinci yeri tutaraq Premyer Liqaya vəsiqə qazanan "Rəvan" klubunun rəsmi internet saytı fəaliyyətə başlayıb. 3 dildə fəaliyyət göstərməsi nəzərdə tutulan rəsmi saytda klub və futbolumuz haqqında yeni xəbərlər, həmçinin "Rəvan" komandası haqqında ətraflı məlumat yer alır.
"Rəvan" klubunun rəsmi internet saytına daxil olmaq üçün http://www.revanfc.az keçidindən istifadə edə bilərsiniz.
