5 avqust 2011 11:43

Rəşad Sadıqov: Artıq çempion olmaq, ÇL-də oynamaq vaxtıdı

“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov azersport.az saytına müsahibəsində komanasının Avropa Liqasındakı çıxışını, Belçika “Brugge”si ilə oyununu dəyərləndirib:

- Brüggedəki ilk oyunun nəticəsinə baxmayaraq biz təslim olmamışdıq. Görüşün əvvəlində qol vura bilsəydik, hər şey tam fərqli olacaqdı. Maraqı oyun alındı. Gücümüz çatdığımız qədər oynadıq. Amma hər şey həmişə istdiyin kimi alınmır. İndi bundan sonra bütün fikrimizi ölkə çempionatına yönəltmək və çempion olmaq istəyirik. Artıq Çempionlar Liqasında oynamağın vaxtıdı.
 
- İkinci hissədə komanda hücumda passiv idi...
- Birinci hissədə qol vura bilmədik. Mümkündü ki, bu, psixoloji planda komandaya təsir etmişdi. Amma qarşılaşmanı mütləq qələbə ilə başa vurmaq istəyirdik.

- Rəşad Sadiqovun sıraya dönüb komandaya kömək etməsi nə dərəcədə xeyrinizə işlədi?
- Mən Rəşada təşəkkürümü bildirmək istəyirəm. O, öz çətin anında bizimlə birgə oldu. Əsl kapitan kimi davrandı. Onunla biz tamamilə fərli futbol oynayırıq. Rəşad “Qarabağ”ın aparıcı futbolçusudu. Qardaşının ölümündən bir həftə sonra komandaya kömək etdi. Böyük futbolçu, böyük insandı.

- Hesab etmirsiz ki, “Brugge” sizi daha yaxşı öyrənmişdi, nəinki siz onları?
- “Brugge” bizim bütün güclü cəhətlərimizi bilirdi. Bu, belə böyük klub üçün normaldı. Onlarda beş nəfər elə oyunları analiz etməklə məşğuldu. Amma biz də onları yaxşı öyrənmişdik.

- Demək olar ki, hər epizodda rəqib komanda bir addım öndə idi...
- Bu, artıq onların səviyyəsindən xəbər verir. Burda bizim günahımız yoxdu.
 
- Oyundan öncə futbolçuların oruc tutması çox müzakirə olunurdu...
- Oyun günü oruc tutmamışdıq.
 
- Bu mövsümü komanda üçün uğursuz saymaq olar?
- Biz də üçn mərhələ yox, daha çoxuna nail olmaq istəyirdik. Bu da bir qismətdi. İki mövsüm öncə bunu uğur hesab edirdik. İndi isə vəziyyət dəyişib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.