5 avqust 2011 00:08
“Öz əlimdə olsaydı, Qarabağa bir aylıq istirahət verərdim”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının üçüncü təsnifat mərəhələsinin Belçika “Brugge”si ilə cavab matçından sonra bildirib ki, futbolçuları çox yorulublar. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesablı qələbəsi ilə bitən görüşdən sonra bunları dilə gətirib:
“Uşaqlar çox yorulublar. Onlara indi istirahət lazımdı. Düzünü deyim ki, öz əlimdə olsaydı, onların hər birinə bir aylıq istirahət verərdim. Komanda üzvlərinin tam bərpasına bu bəs edərdi”.
