5 avqust 2011 12:24
Foqts Lənkərana getmək fikrindən daşındı
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Premyer Liqasının birinci turunun oyunlarını izləyəcək. Azerisport.az xəbər verir ki, o, ilk tur çərçivəsində avqustun 6-da və 7-də keçiriləcək "İnter" - "Turan" və "Qəbələ" - "Bakı" görüşlərini izləyəcək.
Yığmanın məşqçisi Olaf Yansen isə "Xəzər Lənkəran" - "Sumqayıt Şəhər" oyununu izləyəcək. Halbuki, Foqts saytımıza verdiyi müsahibədə Lənkərana da özü gedəcəyini bildirmişdi.
