5 avqust 2011 00:42
Qarabağ Avroliqanın cari mövsümündə evdə qol buraxmadı
“Qarabağ” Avropa Liqasının cari mövsümünün ev oyunlarını qol buraxmadan başa vurdu. Azerisport.az xəbər verir ki, Ağdam klubu bu mövsüm üç ev oyunu keçirdi ki, bu 270 dəqiqə ərzində qapısının toxunulmazlığını qoruya bildi.
Qeyd edək ki, Qurban Qurbanovun komandası Avroliqanın birinci təsnifat mərhələsində Litva “Banga”sını qəbul etdi. Ağdamlılar səfərdə 4:0 hesabıyla darmadağın etdikləri bu rəqibini evdə də quru hesabla – 3:0 yendilər.
İkinci təsnifat mərhələsində Farer adalarının “Streymur” klubuyla qarşılaşan təmsilçimiz səfərdə 1:1 hesablı heç-heçənin ardından Bakıda da qolsuz heç-heçəyə (0:0) razılaşdı.
Nəhayət, üçüncü təsnifat mərhələsindəki rəqibi Belçika “Brugge”sinə səfərdə 1:4 hesablı yenilginin əvəzini “Qarabağ” 1:0 hesablı təmiz qələbə ilə çıxdı.
