5 avqust 2011 12:56
“Qarabağla oyunda böyük problemlərimiz olmadı”
Belçikanın “Brugge” klubunun yarımmüdafiəçisi Yannes Vansteenkiste Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesablı yenilgisi ilə bitən görüşdən sonra bunları dilə gətirib:
“Mən çox şadam ki, növbəti mərhələyə adlaya bildik. Mənim debütüm heç də pis alınmadı. Bizdə son 10 dəqiqəni nəzərə almasaq, böyük problemlərimiz olmadı”.
