6 avqust 2011 13:17
Samir Əliyev: Mən hələlik Turanda problem görməmişəm, amma...
“Turan”ın hücumçusu Samir Əliyev Premyer Liqanın açılış turunda qarşılaşacaqları “İnter”lə oyun öncəsi azerisport.az saytının suallarını cavablayıb.
- Yeni mövsümdə “Turan”ın qarşısına hansı məqsədlər qoyulub?
- Bizim rəhbərliklə belə konkret söhbətimiz olmayıb. Hələlik mövsümün başlamasını gözləyirik. Ondan sonra hər şey aydn olacaq. Hər bir klub ilk altılığa düşməyə çalışır. Amma bizə bu heyətlə həmin vəzifənin öhdəsindən gəlmək çox çətin olar. Hər halda startdakı iki oyun çox şeyə aydınlıq gətirəcək.

- Siz niyə məhz “Turan”ı seçdiniz?
- Mənə elə də çox sayda klublardan maraq olduğunu deməzdim. Amma “Turan”ın təklifi cəlbedici göründü. Yaxşı komandadı. Özü də Əsgər Abdullayev çalışdırır. Əlbəttə, daha ambisiyalı klubda oynamaq istərdim. Amma təəssüf ki, artıq qarşısına çempionluq, böyük vəzifələr qoyan klublardan belə təkliflər almıram.

- Mətbuatda məlumatlar yayılır ki, “Turan”da maliyyə problemləri var...
- Əgər digər klublarla müqayisə etsək, hər-hansı problemlərsə var. Çempionat iştirakçılarını iki qrupa bölmək olar. Yarısında maliyyə durumu çox əladı, qalanlarında isə yox. Yəqin ki, biz də ikinci qrupa aidik. Baxmayaraq ki, mən hələlik burda problem görməmişəm.
- “İnter”lə ilk oyununuzdan nə gözləyirsiz?
- “İnter” güclü komandadı. Avrokuboklara oynayırlar. Bizə çətin olacaq. Hamı çempionata qələbə ilə başlamaq istəyir. Amma bizim heyət yenicə formalaşır. Rəqib düşərgədə isə hər xəttdə güclü futbolçular çıxış edir. Sadəcə, bizim baş məşqçimiz həmişə rəqiblərinə sürpriz hazırlayır.
- Bu mövsüm sizin üçün sonuncu olacaq?
- Hələ oynamaq istəyirəm. Elə bir zədəm də yoxdu. Hələ 2-3 mövsüm də oynamağı planlaşdırırarm.

- Bütövlükdə yeni mövsümdən nə gözləyirsiz?
- 6-7 komanda ilk altılığa düşmək üçün mübarizə aparacaq. İnanmıram ki, digər klublar bizə problem yarada biləcəklər. “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” və “Qarabağ”ın yeri ilk altılıq olmalıdı. AZAL-ın da ora oynaması istisna olunmur.