6 avqust 2011 14:18

Qəbələ - Bakı duellərində 17-ci pərdə

"Bakı" sayca 20-ci – yubilyev Azərbaycan çempionatının start turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, oyun 7 avqust 2011-ci il tarixdə Qəbələ şəhər stadionunda baş tutacaq.
 
Rəqiblər bu günə qədər 16 dəfə qarşı-qarşıya gəliblər. Bu oyunlardan dördü kubok, on ikisi isə çempionat oyunlarına təsadüf edir. "Bakı"nın bu oyunlarda böyük üstünlüyü diqqət çəkir. Belə ki, paxtaxt klubu "Qəbələ"yə qarşı keçirdiyi oyunların 11-də meydanı qalibiyyətlə tərk edib.
 
Maraqlıdı ki, "Bakı" qalib gəldiyi oyunların yalnız birində qapısında qol görüb (2:1). Komandaların qarşılaşmalarında ən populyar hesab 1:0-dı. 6 oyun bu nəticə ilə başa çatıb.
 
Rəqiblərin ilk görüşləri 2006-2007-cı il mövsümündə baş tutub. Hər iki oyun paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0 və 1:0.
 
Həmin mövsümdə kubok yarışları da komandaları qarşı-qarşıya gətirib. Yenə də "Bakı" üstün olub: 2:0 və 1:0.
 
2007-2008-ci il mövsümündə "Qəbələ" revanş götürməyə nail olub. Bu eyni zamanda öz meydanında "Bakı"ya 2:0 hesabı ilə qalib gələn Qəbələ klubunun yeganə qalibiyyətidir. Mövsümün ikinci dövrə oyununda "Bakı" bu məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb - 3:0.
 
2008-2009-cu il sezonunda komandalar kubok yarışlarının 1/4 final mərhələsində üz-üzə gəliblər. Hər iki oyun 1:1 hesabı ilə başa çatıb, 11 metrlik cərimə zərbələri ilə qalib gələn "Qəbələ" trofey uğrunda mübarizəni davam etdirib.
 
Həmin mövsümün hər iki oyunu da "Bakı"nın uğurları ilə yadda qalıb. "Bakı" evdə 3:0, səfərdə isə 1:0 hesabı ilə qalib gəlib.   
 
2010-11-ci illər mövsümündə komandalar 4 dəfə qarşı-qarşıya gəliblər. Çempionatın ilkin mərhələsində "Bakı" həm ev, həm də səfər oyununu 2:0 hesablı qələbə ilə başa vurub. Pley-of mərhələsində isə üstünlük "Qəbələ"nin tərəfində olub. Bakıda 1:1 hesablı sülh qeydə alınıb, Qəbələdə oynanılan cavab qarşılaşması isə meydan sahiblərinin 1:0 hesablı qalibiyyəti ilə tarixə düşüb.
 
Son mövsümə gəkdidə isə evdə qələbə qazanan “Bakı” (2:0), səfər oyununu da qalibiyyətlə başa vurub (1:0).
 
Beləliklə, indiyədək keçirilən 16 qarşılaşmanın 11-də "Bakı", 2-də isə "Qəbələ" qalib gəlib, 3 oyun heç-heçə tamamlanıb.
 
Vurulan və buraxılan topların fərqi "Bakı"nın xeyrinədi: 22:7
 
Rəqiblərin bütün oyunları:
 
ç  29.10.2006  Qəbələ 0:1 Bakı
k  21.11.2006  Bakı 2:0 Qəbələ
k  02.12.2006  Bakı 1:0 Qəbələ
ç  18.04.2007  Qəbələ 0:1 Bakı
ç  19.08.2007  Qəbələ 2:0 Bakı
ç  24.02.2008  Bakı 3:0 Qəbələ
k  06.03.2008  Bakı 1:1 Qəbələ
k  20.03.2008  Qəbələ (p 5:4 ) 1:1 Bakı
ç  09.11.2008  Bakı 3:0 Qəbələ
ç  26.04.2009  Qəbələ 0:1 Bakı
ç  31.10.2009  Qəbələ 0:2 Bakı
ç  13.02.2010  Bakı 2:0 Qəbələ
ç  28.03.2010  Bakı 1:1 Qəbələ
ç  01.05.2010  Qəbələ 1:0 Bakı
ç  22.08.2010 Bakı 2:1 Qəbələ
ç  23.12.2010 Qəbələ 0:1 Bakı
 
(“Bakı”nın rəsmi saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.