6 avqust 2011 14:30
Qus Hiddink üçün yeni vəzifə
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddinkə yeni vəzifə tapşırılıb. Azerisport.az xəbər verir ki, hollandiyalı mütəxəssis bundan sonra qardaş ölkənin bütün futbol yığmalarına cavabdehlik daşıyacaq.
Qeyd edək ki, Hiddink çoxdan bu istəyini Türkiyə Futbol Federasiyası qarşısında qoymuşdu. Lakin TFF-nin o dövrkü prezidenti Mahmut Özgener nədənsə onun bu istəyini həyata keçirməkdə o qədər də maraqlı deyildi. Lakin federasiya rəhbərliyində edilən dəyişiklik nəhayət Hiddinkin də arzusunun gerçək olmasına şərait yaradıb.
Beləliklə, başda A2 və gənclərdən ibarət yığma olmaqla Türkiyənin U-20, U-19, U-18, U-17, U-16 və U-15 milli komandalarının hamısına Hiddink rəhbərlik edəcək. Ona bu işdə Oğuz Çetin kömək edəcək.
Türkiyə AÇ-2012-nin seçmə mərhələsində yığmamızın rəqibidi.
