6 avqust 2011 23:56

Vaqif debütdəсə "fərqləndi", komandası uduzdu (YENİLƏNİB)

Bu gün Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun çıxış etdiyi “Volqa” doğma divarlar arasında “Rostov”u qəbul edib.
 
Qeyd edək ki, Vaqif məhz bu günkü oyunda Rusiya Premyer Liqasında debüt edə bilərdi. O, xeyli müddətdi “Volqa”ya transfer olunsa da, hələlik rəsmi oyunlarda debüt edə bilməmişdi. Çünki rəsmi olaraq yalnız dünən sifariş olunmuşdu. Bu gün baş məşqçi Dmitri Çerışev digər yeni futbolçularla yanaşı Cavadovun da xidmətindən yararlana bilərdi.
 
Gözlənilən kimi də oldu. Rusiyalı mütəxəssis həmyerlimizi əsas heyətdə meydana buraxmasa da, ehtiyat oyunçular skamyasında yer vermişdi. 60-cı dəqiqədə isə Çerışev Sanjar Tursunovun əvəzində meydana Vaqifi buraxdı. Lakin təəssüf ki, Vaqifin debüt matçı uğursuz alındı.
 
Cavadov meydana çıxandan az sonra ilk matçındaca "fərqləndi". O, matçın 71-ci dəqiqəsində rəqib oyunçuya qarşı kobudluğa görə sarı vərəqə aldı.
 
Yeri gəlmişkən, "Rostov"un heyətində "İnter"in sabiq oyunçusu Dmitri Kruqlov ilk dəqiqələrdən meydandaydı və Vaqifə qarşı mübarizə aparırdı. Elə qarşılaşmada qələbə qazanan da Kruqlovun komandası oldu. Qonaqların son dəqiqələrdə hətta iki futbolçusu meydandan qovulsa da, minimal hesablı qələbəni qoruyub saxlamağı bacardılar.
 
Xatırladaq ki, Vaqif bu günə kimi "Volqa"nın sadəcə yoxlama matçlarında meydana çıxmaq şansı qazansa da, qol vura bilməmişdi.
 
Rusiya Premyer Liqası
19-cu tur
 
Volqa - Rostov - 0:1 (0:0)
Qol: Brakamonte, 82.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.