6 avqust 2011 21:42
Sadıqovun komandası növbəti qələbəyə sevindi (YENİLƏNİB)
Bu gün Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq çalışdırıcısı Vaqif Sadıqovun çalışdığı “Anji” doğma divarlar arasında “Tom”u qəbul edib.
Qeyd edək ki, həmyerlimizin komandası cari mövsümdə heç də pis çıxış etmir. Elə bu qarşılaşma da istisna olmayıb. Meydan sahibləri inamlı qələbəyə seviniblər.
Hazırda Mahaçqala təmsilçisi 33 xalla 4-cü pillədə qərarlaşıb. "Tom"a gəlincə, bu komanda 12-ci yerdə gedir.
Rusiya Premyer Liqası
19-cu tur
Anji - Tom - 2:0 (1:0)
Qol: Prudnikov, 17, Hacıyev, 82.
